AZ

Azərbaycan müalicə turizmi əlaqələrini genişləndirir

Azərbaycan müalicə turizmi əlaqələrini genişləndirir

Azərbaycan turizminin nümayəndələri Samsunda keçirilən 2-ci Beynəlxalq İkiztepe Sağlıq Zirvəsi çərçivəsində müxtəlif xarici ölkələrin təmsilçi şirkətləri ilə B&B görüşlər keçiriblər.


Turizm şirkətlərinin və istirahət mərkəzlərinin nümayəndələrindən ibarət heyət sərgi çərçivəsində əməkdaşlıq imkanlarının araşdırılması zamanı əsasən ölkələr arasında qarşılıqlı turist mübadiləsinin həyata keçirilməsi məsələsini müzakirə ediblər. Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Almaniya, Rusiya və Özbəkistan təmsilçiləri ilə baş tutan görüşlərdə onlara Azərbaycanın müalicəvi turizm imkanları barədə ətraflı məlumatlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Samsun 2-ci İkuztepe Sağlıq Zirvəsində geniş nümayəndə heyəti ilə təmsil olunur.











FƏXRİYYƏ


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
1
afn.az

2Mənbələr