AZ

Azərbaycan COP29-da ölkələr arasında körpü rolunu oynamaq üçün səylər göstərir

Mayın 15-də COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva İtaliyada keçirilən G7 ölkələrinin vətəndaş cəmiyyəti sammitində “G7 Bioloji Müxtəliflik üzrə COP16 və İqlim üzrə COP29-da çoxtərəfli danışıqların uğurlu nəticəsini necə dəstəkləyə bilər” adlı plenar iclasda çıxış edib, auditoriyanın suallarını cavablandırıb.

 

O, qeyd edib ki, Azərbaycan COP29-da Qlobal Şimal və Qlobal Cənubu bir araya gətirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq kimi ümumbəşəri hədəflərə nail olmaq üçün səylər göstərir. Eyni zamanda bütün maraqlı tərəfləri dinləmək, onların maraqlarına cavab verəcək mövqe formalaşdırmaq, yeni hədəf və təşəbbüslərlə qlobal iqlim problemlərinə diqqət yetirilməsi məsələləri ölkəmizin gündəliyindədir.

 

Pərvanə Vəliyeva iqlim dəyişikliyi ilə mübarizədə mövcud ədalətsizlik barədə də fikir bildirib.

 

“Bugünkü iqlim dəyişikliklərində dərin müstəmləkəçilik var, dünyanın şimal hissəsindəki temperatur yüksəlişi tropik ölkələrdə həssas icmalar tərəfindən xüsusilə kəskin şəkildə hiss olunur. İqlim dəyişikliyi insan hüquqlarına əsaslanır, iqlim dəyişikliyinin yükü və həmçinin mübarizəyə dəstək ədalətli şəkildə olmalıdır”. 

 

Vətəndaş cəmiyyəti İqlim Dəyişiklikləri ilə bağlı mübarizədə və beynəlxalq danışıqlar proseslərində katalizator rolunu oynayır, kütləvi hərəkatları stimullaşdırır və dünya liderlərini hərəkətlərinə görə məsuliyyətə cəlb edir. Cəmiyyətin praktiki iştirakı, üzv dövlətlər, icmalar və əsas qruplar, eləcə də digər maraqlı tərəflər arasında çoxtərəfli dialoq COP29-un uğurla həyata keçirilməsində önəmli yerə malikdir.

 

O, vurğulayıb ki, vətəndaş cəmiyyəti G7 ölkələrinin iqlim danışıqları zamanı konsensusa nail olunmasında konstruktiv rol oynaya və əlavə iqlim maliyyəsinin səfərbər edilməsini dəstəkləyə bilər. 

 

Sonda Pərvanə Vəliyeva COP29-un şüarı ilə sammit iştirakçılarını Bakı COP-unda fəal iştirak etməyə dəvət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
8
qht.az

9Mənbələr