AZ

ABŞ Rusiyanın 3 şirkətinə sanksiya tətbiq etdi

ABŞ Rusiyanın 3 şirkətinə sanksiya tətbiq etdi

ABŞ Rusiyada yerləşən 3 şirkət və 2 nəfərin Şimali Koreya ilə Rusiya arasında silah mübadiləsini asanlaşdırdıqları səbəbilə sanksiya siyahısına daxil edildiyini açıqlayıb.



ABŞ Maliyyə Nazirliyi Rusiyadan 2 nəfər və 3 şirkətə qarşı sanksiya qərarı ilə bağlı açıqlama yayıb.

Açıqlamada sanksiya siyahısına daxil edilən "Rafort" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Trans Kapital" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Texnologiya, OOO" şirkətlərinin Şimali Koreya ilə Rusiya arasında silah mübadiləsini asanlaşdırdığı bildirilib.

Bəyanatda qeyd olunub ki, sanksiyalar “Rafort” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərlərindən biri Rafael Anatolyeviç Qazaryan və “Texnologiya” MMC-nin sahibi Aleksey Budnevə də tətbiq edilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sanksiyalarla bağlı verdiyi açıqlamada bu şirkətlərin və şəxslərin Birləşmiş Millətlər Təşkilatının Şimali Koreyaya qarşı sanksiyalarını pozduğunu bildirib.

Şimali Koreya lideri Kim Çen Inın bacısı Rusiyaya “silah ixracı” iddialarını rədd edib.

Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərində ölkə lideri Kim Çen Inın bacısı Kim Yo-jonqun açıqlamalarına yer verilib.

Şimali Koreyanın silah sistemlərinin Rusiyaya ixrac edildiyinə dair iddiaların səhv perspektiv və uydurma ilə yaradıldığını deyən Kim Yo-jonq, hərbi texnologiyalarını heç bir ölkəyə ötürmək və ya ictimaiyyətə açıqlamaq niyyətlərinin olmadığını bildirib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
afn.az

1Mənbələr