AZ

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya – VİDEO

2 il paytaxtın Nərimanov, 16 il Suraxanı kimi böyük rayonlarının icra başçısı işləmiş və 5 ildir ki, Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun qardaşları İmran Abbasov və İlham Abbasov haqda ilginc məlumatlar var. Icra başçısının böyük qardaşı İlham Abbasov isə 2014-cü ildə bakıda şirniyyatçı kimi fəaliyyət göstərən Vüqar Əhmədovun pulunu və avtomobilini mənimsəyib. Belə ki, Vüqar Əhmədov İlham Abbasova aid Xırdalanda fəaliyyət göstərən və “Az Pal” şirkətindən un alıb. Bir müddət sonra  una görə şirkətə borcu yaranıb. Şirkət sahibi də ona borcu qaytarması üçün iki ay möhlət verib. Əvəzində isə onun hələ kredit ödənişi başa çatmayan “Mercedes” markalı avtomobilini qeyri-rəsmi girov götürüb. Vüqar Əhmədov borcu ödəyəndən sonra avtomobilini geri istəyəndə ona məlum olub ki, şirkət sahibi avtomobili ona satmış şəxslə əlbir olaraq başqasına satıb. İndi isə cumhuriyyet.az-a İlham Abbasovun yeni dələduzluğu ilə bağlı məlumat daxil olub. Belə ki,. Onun qızı və həyat yoldaşı vətəndaş Səadət Həsənovanın 47 min manatını mənimsəyib. Bu haqda vətəndaş özü danışır:

Cumhuriyyet.az-a daxil olan məlumata görə icra başçısının digər qardaşı,  əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra, Azərsu ASC-də departament rəisinin müavin və daha sonra indiki vəzifəsinə təyin olunub. Deyilənə görə, İmran müəllimin kənar biznes şəbəkəsində pivə istehsalına, arpa, buğdaya qədər payı var. Ancaq əsas problem bu şəxsin rəhbərlik etdiyi idarədə dözülməz şərait yaratmasıdır. Belə ki, onun regionçuluq və qərəzçilik prinsipinə söykənən idarəçiliyi kollektiv arasında ciddi narazılıq yaradıb. Siravi gözətçidən,fəhlədən tutmuş hər kəsin işinə yersiz müdaxilələr edən İmran müəllim özünü padşah kimi aparır. İmran Abbasovun idarəçiliyində ən müəmmalı məqam anbara müxtəlif mallar gətirən şirkətlərlə münasibətidir.”İnterkabel”, “Universal”, “Polimart”, “Şurataz”, AkPiping, Hinal Grup kimi şirkətlərə süni şəkildə sertifikat problemi yaradılır ki, bu problem də yalnız İmran müəllimə xüsusi konvert təqdim olunduqdan sonra aradan qaldırılır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, İmran Abbasovun əməllərindən ən çox əziyyət çəkən şirkətlərdən biri də “Fuad kimya” şirkətidir. Belə ki, şirkətin “Azərsu”ya təqdim etdiyi məhsulların qabları geri verilməli olduğu halda, İmran Abbasov onları Keşlədə yerləşən balıq bazarı alverçilərinə və Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən məzarlıqlara satdırır. Məsələn anbara gələn və əsas vəsait sayılan priterlər Agentliyin regionlarına və idarələrinə göndərildikdən sonar fərqli olduğu üzə çıxıb. Bu mallar İmran Abbasovun “convert siyasəti” ilə qəbul olunsa da departament rəisi Samir Qənili işdən çıxarılıb, lakin səbəbkara göpzün üstə qaşın var deyən olmayıb. Ardınca İmran Abbasov əsas vəsait sayılan UPS – ləri sənəd üzrə olan yox, digər göstəricilərlə anbarına doldurub. Məsəl üçün UPS – 600 – ün yerinə anbara UPS – 700 qəbul edilib. Bu da öz növbəsində Agentliyin rayon və regional sukanal idarələrinə gedib çatanda bəlli olub.İdarələr səsini çıxardanda Abbasov bunun rəhbərliyin tapşırığı olduğunu deyir. İri su xəttlərinin üzərinə qoyulan siyirtmələr müqavilədə Türkiyə istehsalı olsa da anbara daxil olan Çin istehsalıdır.İri diametrli metal borular müqavilədə tikişsiz, anbara daxil olan tikişli və qalınlığı fərqlidir. Bu günlərdə kanalizasiya xətlərinin açılması üçün nəzərdə tutulan material əvəzinə yanmış məftil alınıb ki, işə yaramayan bu kompanent ciddi narazılıq yaradıb. Bütün bu məhsulları anbara daxil etmək üçün konvertin qalınlığı nəzərə alınır. Agentliyin Sədri Zaur Mikayılov İmran Abbasov haqqında ölçü götürməməsi onun özünü də şübhə altına salır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
yenigundem.az

1Mənbələr