AZ

Azərbaycan nümayəndə heyəti Mərakeş Krallığında səfərdədir

Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali qurumunun rəhbəri xanım Lətifə Axarbaşın dəvəti ilə Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfəri başlayıb. SİA xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun daxil olduğu nümayəndə heyəti mayın 16-da L.Axarbaşla görüşüb.Görüşdə Mərakeş tərəfi bu ölkənin Audiovizual Kommunikasiya üzrə Ali qurumunun rolu, missiyası və təşkilati xüsusiyyətlərinə dair ətraflı məlumat verib, iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın cari durumu və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Mərakeşdə və Azərbaycanda media sahəsində tənzimləmə məsələləri, qanunvericilik, birgə layihələr və s. kimi məsələlərə də toxunulub. Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İ.Səttarov L.Axarbaşı Azərbaycana səfərə dəvət edib.Azərbaycan nümayəndə heyəti, həmçinin Mərakeş Audiovizual Kommunikasiya üzrə Ali qurumunun binası ilə tanış olub və qurumun departament rəhbərləri ilə qısa fikir mübadiləsi də aparıb.Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Bensaid və bu ölkənin rəsmi dövlət informasiya agentliyi olan “Maghreb Arab Presse”in (MAP) Baş direktoru Fuad Ariflə görüşləri nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
6
sesqazeti.az

7Mənbələr