AZ

Seneqalın baş naziri ölkəsindəki fransız əsgərlərini tənqid etdi

Seneqalın baş naziri ölkəsindəki fransız əsgərlərini tənqid etdi

Martın 24-də Seneqalda keçirilən prezident seçkilərindən sonra baş nazir vəzifəsinə təyin olunan Ousmane Sonko ölkəsində yerləşdirilən fransız əsgərlərini tənqid edib.



Sonko paytaxt Dakarda Fransanın qabaqcıl solçu liderlərindən biri Jean-Luc Melenchon ilə etdiyi ortaq mətbuat şərhində ölkəsindəki Fransız əsgərlərinə diqqət çəkib.

Seneqaldakı fransız hərbi bazalarını tənqid edən Sonko, “Müstəqilliyimizdən 60 ildən çox keçməsinə baxmayaraq, Fransa ordusunun ölkəmizdəki müxtəlif hərbi bazalardan niyə hələ də faydalandığını və bu varlığın milli suverenliyimizə və strateji muxtariyyətimizə təsirini sorğulamalıyıq" ifadələrini işlədib.

Seneqalın öz ərazisinə hakim olmaq istəyinin vurğulayan Sonko, bu vəziyyətin ölkədə xarici hərbi bazaların olması ilə bir araya sığmadığına diqqət çəkib.

Digər tərəfdən Sahel bölgəsindəki təhlükəsizlik problemlərinə qarşı əməkdaşlığı davam etdirəcəklərini ifadə edən Sonko, "Qardaşlarımızı Saheldə köməksiz qoymayacağıq və əlaqələri gücləndirmək üçün nə lazımdırsa edəcəyik" deyib.

Qeyd edək ki, Mali, Burkina-Faso və Niger region ölkələrində hakimiyyət dəyişikliyindən sonra fransız əsgərləri deportasiya edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
afn.az

2Mənbələr