AZ

Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA

Dünyada və Azərbaycanda quraqlıq, içməli su hövzələrinin tükənmisi problemi ciddi hal alıb. Ölkəmiz də daxil olmaqla bir çox dünya ölkələri bu problemin qarşısını almaq üçün fəaliyyət aparır. Vəziyyət nə qədər ciddidir? Quraqlıq yaxın gələcəkdə bizim üçün daha ciddi promlemə çevrilə bilər?

Məsələ ilə bağlı Ednews-a danışan Beynəlxalq Su Mühiti və Sağlamlıq İnstitutunun rəhbəri doktor Nidal Salim quraqlıq probleminin artan tələblərdən qaynaqlandığını bildirib:

“Əslində dünyanın su hövzələri azalmayıb. Sadəcə olaraq, problem ondadır ki, içməli suyun miqdarı günü-gündən artan tələblərə görə dəyişir və azalır. Dünyada içməli su hövzələrinin azalmasının digər səbəbləri də bu hövzələrin çirklənməsi və dövlətlər tərəfindən çirklənməyə qarşı lazımi addımların atılmamasıdır. Azərbaycan dərhal bu barədə sürətli addımlar atmasa ciddi krizisdə olacaq. Ölkə bu böhranın qarşısını almaq üçün çevik sürətdə davamlı sistemlər yaratmalıdır.

Nəzərə almaq lazımdır kİ, dünyada bir-birindən fərqli və kəşf edilməli olan su hövzələri var. Əlbəttə ki, bu hövzələri kəşf etmək və onlardan yararlanmaq üçün müasir texnologiya, eləcə də ondan istifadə edə bilən gənc könüllülər lazımdır”. 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
ednews.net

1Mənbələr