AZ

MQF İdarə Heyətinin sədri Ramil İskəndərli ilə MÜSAHİBƏ

Milli HQT Forumunda son zamanlarda struktur dəyişiklikləri yaşandı və bu dəyişikliklərin ən vacib hissələrindən biri, İdarə Heyətinin yeni sədrinin seçilməsi oldu. Bu müsahibədə, yeni İdarə Heyəti sədri ilə struktur dəyişikliklərin MQF-nin fəaliyyətlərinə və gələcəyin planlarına necə təsir edəcəyi barədə danışacağıq.

QHT.az: Milli HQT Forumunda struktur dəyişikliyi oldu. İdarə Heyətinin sədri olmanız münasibəti ilə Sizi təbrik edirik! Yeni işinizdə uğurlarınızın bol olmasını arzulayırıq. Struktur dəyişikliyinin  MQF-nin fəaliyyətinə nə kimi təsirləri olacaq?

 

Ramil İskəndərli: Əvvəla təşəkkür edirəm təbriklərə görə. Suallarınıza gəlincə, qeyd etmək istəyirəm ki, Milli QHT Forumunun qurultayında qərara aldı ki, bir sıra struktur dəyişiklikləri edilsin. Bunlar da prezident postunun ləğv olunması, müəyyən səlahiyyətlərin idarə heyətinə verilməsi və idarə heyətinin yeni tərkibinin formalaşması oldu. Bu əsas səbəb burada əlbəttə ki, yeni dövrün, yeni reallıqların tələblərinə uyğun olaraq, eyni zamanda da QHT sektorunda gedən hal-hazırkı islahatların bir məntiqi davamı kimi müxtəlif QHT-ləri öz ətrafında birləşdirən Milli Qeyri Hökumət Təşkilatları Forumunun özündə də islahatların aparılması məqsədi daşımışdır. Əgər yeni idarə heyəti tərkibinə fikir versəniz, İdarə Heyətində beş nəfərdən ibarət təcrübəli QHT sektorunun nümayəndələri təmsil olunur. Eyni zamanda da yeni similar, hansılar ki, ümumilikdə idarə heyətinin üzvləri həm beynəlxalq əlaqələrinin güclü olması ilə, eyni zamanda ictimai şuralarda təmsilçiliyi olanlar görə bilərsiniz. İki nəfər bizdə QHT agentliyinin müşahidə təmsilçiləri var. Eyni zamanda, qaçqın və məcburi köçkün təşkilatların bir təmsilçisi olaraq işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən fəaliyyətlərdə aktiv cəlb olunan üzv də var. Yəni bu, bizdə təxminən belə bir qrup formalaşdırır ki, hansı ki, məsələləri çevik, yerində çevik idarəetmə üsuluna uyğun gələn idarə heyəti üzvləridir.

 

QHT.az: MQF -nin fəaliyyətində hansı məsələləri önə çəkməyi düşünürsünüz?

 

Ramil İskəndərli: Əlbəttə ki, ilk növbədə bizdə əsas etibarilə nəzərdə tutulub ki, hal-hazırda biz istəsək də, istəməsək də müəyyən texniki məsələlərlə məşğuluq, təhvil-təslim prosesi gedir, müəyyən sənədlər, qurultayın nəticələri hazırlanır. Yeni nizamnamə Ədliyyə Nazirliyi üçün bu struktur dəyişiklikləri, təşkilatda keçirilən qurultayın nəticələri və digər məlumatlar təqdim olunacaq. Bundan sonra, bilirsiniz ki, müəyyən prosedurlardan keçərək hüquqi ünvan və sair digər texniki məsələlər öz həllini tapacaq. Bundan sonra biz artıq, 25 illik qurultaya hazırlaşmağı planlaşdırırıq. Hal-hazırda bunun idarə heyəti üzvləri arasında diskussiyalar gedir. Yəni tədbirin formatı və nələrin nəzərdə tutulacağı müzakirə olunur. İnşallah, yaxın gələcəkdə, yəni 25 illik yubileyi ilə bağlı tədbir barədə də məlumat alacaqsınız. Yəni bu fəaliyyətlər hələ ki, qarşımızda duran ilk fəaliyyətlərdir, amma biz bu proseslərdən sonra artıq digər məqamlara da toxunacaq.

 

QHT.az: Ümumilikdə nə dəyişikliklər olacaq?

 

Ramil İskəndərli: Hal-hazırda bizdə rebrendinq siyasətinə siyasəti artıq həyata keçirilir. Yeni loqo hazırlanır və bu loqo yeni vizual olaraq yeni MQF-in yeni bir siması olacaq. Amma eyni zamanda rebrendinq həmçinin yanaşmada da öz əksini tapacaq. Belə ki, bu, çevik idarəetmə sistemi ilə işləyəcək MQF bu şəffaflıq, hesabatlılıq, nəticələrə yönəlmiş fəaliyyət effektiv menecment islahatlarını özündə əks etdirir və bu da yeni inkişaf mərhələsində əsas yanaşmadan biri olacaq.

 

QHT.az: Müsahibəyə görə təşəkkür edirik və sizə yeni vəzifənizdə uğurlar arzulayırıq!

Ramil İskəndərli: Mən də təşəkkür edirəm. Ümid edirəm ki, birgə fəaliyyətimiz QHT sektorunun inkişafına daha böyük töhfələr verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
1
qht.az

2Mənbələr