AZ

Texasda fırtına nəticəsində 4 nəfər ölüb

Texasda fırtına nəticəsində 4 nəfər ölüb

ABŞ-ın Texas ştatında güclü yağış və tufan nəticəsində 4 nəfər ölüb, bir milyondan çox insan işıqsız qalıb.



ABŞ mediası Hyuston şəhərində çoxmərtəbəli binaların şüşələrinin sındığını, ağacların aşdığını və elektrik ötürücü xətlərin zədələnməsi nəticəsində bir milyondan çox insanın işıqsız qaldığını bildirib.

Hyuston bələdiyyə başçısı Con Vaytmir mətbuat konfransında verdiyi açıqlamada şiddətli fırtınada ən az 4 nəfərin həyatını itirdiyini açıqlayıb.

Şəhərin mərkəzində xaos olduğunu bildirən Vaytmir sakinləri evdə qalmağa çağırıb.

Hyustonda məktəblərin bu gün təhsili dayandırdığı və daşqın təhlükəsi ilə bağlı narahatlıqların olduğu bildirilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
afn.az

2Mənbələr