AZ

Cavid Qurbanovun oğlu deputat olacaq?

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirlinin bu il keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcəyi bildirilir.

“Yeni Gundem”-in xəbərinə görə, Ş.Şəmşirlinin 123 saylı Kəlbəcər seçki dairəsi üzrə mübarizə aparacağı qeyd olunur.

Özü ilə əlaqə saxlamaq imkanımız olmayıb. Yaxınları isə bu məsələdən xəbərsiz olduqlarını deyiblər. Bildirilib ki, seçkilərdə iştirak edib-etməmək onun öz qərarıdır.

Qeyd: Hazırda 123 saylı Kəlbəcər seçki dairəsinin deputatı Aqil Məmmədovdur. O, C.Qurbanovun qohumudur.

Xatırlatma: Şəmşir Şəmşirli bir müddət öncə öz istəyi ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini vəzifəsindən ayrılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
3
yenigundem.az

4Mənbələr