AZ

Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır

Ortodoks xristianların ruhani lideri Fənər Rum Patriarxı Bartolomeus, Papa Fransiskin gələn il İznik Birinci Şurasının ildönümündə Türkiyəyə səfər etməyi planlaşdırdığını açıqlayıb.

Ednews sozcu.com-a istinadən Bartolomeus dünən Lissabonda keçirilən tədbirdəki çıxışında "Papa Fransisk bu mühüm ildönümünü birlikdə qeyd etmək istəyir" deyib.

Papa Fransiskin Birinci Nikeya Şurasının keçirildiyi İznikə getməzdən əvvəl patriarxlığı ziyarət etməyi planlaşdırdığını bildirən Bartolomeus, səfərə hazırlıq üçün bir komitənin yaradıldığını və Vatikanın yaxın vaxtlarda bu mövzuda Türkiyə ilə əlaqə saxlayacağını bildirib.

Dekabrda 88 yaşı tamam olacaq Papa Fransiskin səhhətinin beynəlxalq səyahətləri getdikcə çətinləşdirdiyi üçün sentyabrın əvvəlində İndoneziya, Papua Yeni Qvineya, Şərqi Timor və Sinqapura, sentyabrın sonunda isə Belçikaya səfər edəcəyi gözlənilir.

 

Xəyal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
ednews.net

2Mənbələr