AZ

Fatih Terim "Panatinaikos"la yollarını ayırıb

Fatih Terim "Panatinaikos"la yollarını ayırıb

Baş məşqçi Fatih Terim Yunanıstan Superliqa komandalarından olan "Panatinaikos"la yollarını ayırdığını açıqlayıb.



Sosial media hesabından açıqlama verən təcrübəli məşqçi “Keçən dekabr ayından etibarən komandamla bütün gücümüzlə çalışdığımız “Panatinaikos” Futbol Klubunda məqsədimiz 2023-2024-cü il mövsümünü çempion olaraq başa vurmaq, çox dəyərli "Panathinaikos" azarkeşlərinə 13 ildir əldə edə bilmədikləri çempionluğu yaşatmaq idi. Dünən axşam klub prezidenti Alafouzosla görüşərək, qiymətləndirmə etdiyimiz 2024-2025 mövsümü ilə bağlı planlarımızın uclaşmadığı qənaətinə gəldik. Nəticəsində peşəkar əlaqələrimizi davam etdirməməyə qərar verdik. Afinada keçirdiyimiz 6 ay ərzində bizi qucaqlayaraq mənə və komandama hər fürsətdə sevgi və hörmətini göstərən “Panatinaikos” azarkeşlərinə, cənab prezident Giannis Alafouzosa, klub heyətinə və futbol ictimaiyyətinə təşəkkür etmək istəyirəm. "Panatinaikos" klubuna gələcəkdə də səmimi qəlbdən uğurlar arzulayıram. Yeni yolların və səyahətlərın uzaq olmadığı zamanlarda görüşmək ümidi ilə" ifadələrini qeyd edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
afn.az

1Mənbələr