AZ

Qəhrəman şəhidimiz Üzeyir Rüstəmovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Üzeyir Rüstəmov 1997-ci il mayın 17-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb və 1 oktyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Üzeyir Rüstəmov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
12
qht.az

10Mənbələr