AZ

Azərbaycanda 19 155 IMEI kod “klon” statusu verilərək bloklanıb

Azərbaycana gətirilən mobil cihazların qanunsuz yollarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini çərçivəsində bu günədək 19 155 IMEI kod “klon” statusu verilərək bloklanıb.

Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-dən bildirilib.

    Həmin IMEI kodlar bloklanmamışdan öncəki 3 ayda 1 449 271 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bloklanmış IMEI kodlarla bu günədək 1 005 737 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.

    Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil cihazlar Azərbaycan telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində dövlət rüsumu ödənilməklə qeydiyyatdan keçirilməlidir. Təəssüf ki, bəzi hallarda qeydiyyat rüsumunu ödəmək istəməyən şəxslər (və ya sahibkarlar) daha əvvəl qeydiyyatdan keçmiş cihazların IMEI kodlarının surətini yeni cihazlara köçürüb satış həyata keçirirlər. Alıcı isə bu prosesdən məlumatsız olduğu üçün sonradan müəyyən çətinliklərlə rastlaşa bilir.

    Qurum bu cür hallarla qarşılaşmamaq və aldadılmamaq üçün mobil cihazları alarkən mütləq IMEI kodunu yoxlamaq tövsiyə edir. Bunun üçün cihazın ekranında *#06# yığaraq IMEI kodunu öyrənmək, daha sonra portal.rinn.az saytına daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI kodunun orijinallığını öyrənmək olar.

    Ən sərfəli kredit üçün müraciət et

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    98
    10
    banco.az

    10Mənbələr