AZ

32 ildən sonra Şuşanın yeni tarixi başlayır - ŞƏRH

Ulu Öndərin 101-ci ildönümü günündə Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və Birinci xanım Mehriban xanım Əliyeva Şuşada 1-ci yaşayış kompleksinin açılışında iştirak ediblər . Eyni zamanda onlar şəhərə ilk köçmüş sakinlər ilə görüşmüşlər. Dövlət başçımız sakinlərlə görüşü zamanı bildirib ki, əziz şuşalılar doğma torpağınıza xoş gəlmisiniz. Uzun illərdir ki, sizlər erməni vandalları sizi Şuşaya həsrət qoymuşdur. Mən Prezident seçildiyim ilk gündən sizlərə və ümumiyyətlə dədə-baba torpağından köçkün düşmüş soydaşlarımıza söz vermişdim ki, sizləri doğma torpaqlarınıza qaytaracağıq. Biz verdiyimiz sözə əməl edərək 44 gün ərzində şəhidlərimizin, qazilərimizin, Azərbaycan oğullarının canı –qanı bahasına torpaqlarımızı əsarətdən azad etdik. Bu gün isə siz şuşalılar ilə bərabər digər işğaldan azad olunmuş rayonlarımıza məcburi köçkün soydaşlarımız doğma torpaqlarına qayıdır. Məhz buna görə biz şanlı ordumuza borcluyuq.

32 ildən sonra Azərbaycanın füsunkar təbiətinə malik olan Qarabağa həyat qayıdır. Bu tarix Qarabağın yeni tarixinin başlanğıcı hesab edilməlidir. Bu gün Qarabağın tacı sayılan Şuşa şəhəri ilə bərabər Qarabağın bütün bölgəsində yenidənqurma, abadlıq-quruculuq işləri yüksək səviyyədə aparılır. 10 may tarixi Şuşalılar üçün xüsusi və əlamətdar gündür. Uzun illər ata-baba yurdlarından didərgin düşmüş sakinlər artıq Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz torpaqlarına qayıdırlar.

Görüş zamanı Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları ilk olaraq 44 günlük Vətən müharibəsi zamanıqələbəni bizə bəxş edən cəsur, igid və qəhrəman oğullarımızın şücaətindən danışdı.

Son illərdə vətənpərvər ruhda böyüyən və formalaşan oğullarımızolmasaydı bu qələbəni qazanmaq mümkünsüz olardı. Məhz bu qələbənintəməli onların qəhrəmanlığı, igidliyi və şücaəti sayəsində olmuşdur. Bu gün bütün dünyada Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından 44 günlük Vətən müharibəsindən göstərdiyi şücaət, cəsarət və vətənpərvərlik ruhundan danışılır. Bu da dövlətvə millət olaraq hər birimiz üçün qürur, fəxr, sevincmənbəyimizdir. 44 günlük Vətən müharibəsi və antiterrorəməliyyatları zamanı rəşadətli, müzəffər ordumuz xüsusi qəhrəmanlıq göstərmişdi.

Şuşa şəhəri öz əvvəlki tarixi memarlıq görkəmini saxlamaqla bərabər ən müasir formada yenidən qurulur. Şuşada yeni yaşayışkompleksləri inşa edilir. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına çevrilir. Bu da dünyada Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclü dövlət olmasının bariz nümunəsidir.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
sesqazeti.az

1Mənbələr