AZ

Netanyahu: Rifah əməliyyatı bir çox problemi həll edəcək

İsrailin baş naziri Binyamin Netanyahu Qəzzanın cənubunda Rəfaha planlaşdırılan hücumun bir çox problemi həll edəcəyini iddia edib. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İsrailin dövlət televiziyası "KAN"ın məlumatına görə, Netanyahu Qəzza sərhədi yaxınlığında keçirilən hərbi hava şousunda iştirak edib. Netanyahu buradakı çıxışında deyib: “Rifah əməliyyatı bir çox problemi həll edəcək. Bura məqsəd təkcə onların (Həmas) qalan briqadalarının məğlubiyyəti deyil, həm də qaçış və gücləndirmə üçün istifadə etdikləri tunellər də aşkarlanaraq məhv edilməsidir". Netanyahu hazırda çox mühüm bir müharibənin şahidi olduqlarını və bu müharibə bitdikdə düşməni məğlub etməyə daha yaxın olacaqlarını qeyd edib. Oktyabrın 7-də HƏMAS-ın hücumunu qabaqcadan görə bilmədiyi üçün istefa vermək fikrində olub-olmaması ilə bağlı sualı cavablandıran Netanyahu deyib: “Uğursuzluq məsələsi hökumətin hər bir üzvünü, o cümlədən məni narahat edir, lakin hazırda yeganə diqqətimiz qələbədir. Bunun üzündən yüzlərlə əsgərimiz həlak olub. Onlar bizim qələbəmiz üçün mübarizə apardılar. Mübarizəni yarımçıq dayandırmaq ölən əsgərlərimizə və döyüşən ordumuza hörmətsizlik olar. Nəyin bahasına olursa-olsun, biz Həması tamamilə məhv edənə qədər yolumuza davam edəcəyik. Təbii ki, müttəfiqlərimizim bizi dəstəkləməsi prosesin tez başa çatmasına kömək ola bilər”. İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib. İsrail Müdafiə Qüffələri mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
1
bizimyol.info

3Mənbələr