AZ

Çin Ukrayna böhranının həllində konstruktiv rol oynamağa davam edəcək

"Pekin Ukrayna böhranının siyasi həllinə nail olmaq üçün səylərini davam etdirəcək". Bizimyol.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bildirib. "Çin Ukrayna böhranının siyasi həllinin təşviqində konstruktiv rol oynamağa davam edəcək", - deyə o, "X" sosial şəbəkə hesabında yazıb. Nazirlik nümayəndəsi əlavə edib ki, Çin Prezidenti Si Cinpinq və Rusiya Prezidenti Vladimir Putin Pekində Zhongnanhai dövlət iqamətgahında qeyri-rəsmi görüş zamanı Ukrayna böhranı ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Cümə axşamı axşam saatlarında iki ölkə liderləri arasında qeyri-rəsmi söhbət olub. "Sinxua" xəbər verir ki, onlar ortaq maraq doğuran strateji məsələlər üzrə fikir mübadiləsi aparıblar. Si Cinpinq Rusiya ilə Çin arasında sabit münasibətlərin inkişafı üçün Putinlə sıx əlaqə saxlamağa hazır olduğunu bildirib. Cümə axşamı Rusiya Federasiyası və Çin Xalq Respublikasının liderləri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü kontekstində yeni dövrə daxil olan hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı münasibətlərin dərinləşdirilməsi haqqında Birgə Bəyanat imzalayıblar. Sənəd Pekində tammiqyaslı danışıqların yekunu üzrə imzalanıb. Qeyd edək ki, Putin Pekinə dövlət səfəri üçün gedib. Bu, Rusiya dövlət başçısının yenidən seçilib vəzifəyə başlamasından sonra ilk xarici səfəridir. Səfər mayın 16-17-də iki şəhərdə - Pekin və Harbində baş tutacaq. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
bizimyol.info

1Mənbələr