AZ

KXDR liderinin bacısı Rusiyaya silah tədarükü ittihamlarını qəti şəkildə rədd edib

Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini postunu tutan Şimali Koreya lideri Kim Çen Inın bacısı Rusiyaya silah tədarükü ilə bağlı ittihamları qətiyyətlə rədd edib. Bizimyol.info xəbər verir ki, Kim Yo Conqun şərhini Koreya Mərkəzi Xəbər Agentliyi dərc edib. “Dəfələrlə qeyd etdiyimiz kimi, Koreya Xalq Demokratik Respublikası (KXDR) və Rusiya Federasiyası arasında qərəz və uydurmalarla dolu silah sövdələşmələrinin variantı ən absurd fərziyyədir, hətta qiymətləndirməyə və şərhlərə belə layiq deyil”, - deyə o qeyd edib. Kim Yo Conq bildirib ki, KXDR-in müdafiə texnologiyaları və müasir silah sistemləri qapalıdır, “buna görə də onların ixracının mümkün olması barədə söhbət gedə bilməz”. Kim Çen Inın bacısının sözlərinə görə, hazırda KXDR-in prioriteti silahlı qüvvələrini müharibəyə hazırlamaq və müdafiə qüvvələrini “reklam və ixrac”dan daha çox “həm kəmiyyət, həm də keyfiyyət baxımından” gücləndirməkdir. Kim Yo Conq Qərb ölkələrinin ittihamlarını Şimali Koreyanın hərbi potensialının artırılması ilə bağlı narahatlıqları ilə əlaqələndirib: “Son günlərdə nümayiş etdirdiyimiz raket silahları və raketlər də daxil olmaqla, taktiki silahlar yalnız bir missiya üçün nəzərdə tutulub. Gizlətməyəcəyəm - onlar Seulun axmaq planlar qurmasının qarşısını almaq üçün istifadə olunacaqlar”, -deyə o, ABŞ və Koreya Respublikasının hərəkətlərini yenidən tənqid edərək əlavə edib. Moskva Qərb ölkələrinin Pxenyanla qeyri-qanuni hərbi-texniki əməkdaşlıq ittihamlarını dəfələrlə və qəti şəkildə rədd edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu cür iddiaları şayiələr adlandırıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
bizimyol.info

1Mənbələr