AZ

"Oynaqlarım ağrıyır" şikayətinin xəstəliyi "Artrit", kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir

Xüsusilə müəyyən yaşdan yuxarı insanlarda “oynaqlarım ağrıyır” şikayətini tez-tez eşidirik. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinən bu şikayətin səbəbi “duzlaşma” olaraq da bilinən artrozdur. Ən çox görülən oynaq xəstəliyi olan osteoartrit, həyati təhlükəsi olmasa da, xəstələrin həyat keyfiyyətini aşağı saldığı üçün diqqətdən kənarda qalmamalıdır. Bəs, yaşla daha çox rast gəlinən osteoartritin səbəbi nədir? Ən çox kimdə görünür? Müalicə prosesi necədir? Bizimyol.info xəbər verir ki, "trthaber"in suallarını Sağlamlıq Elmləri Universiteti Hamidiye Tibb Fakültəsi Fiziki Təbabət və Reabilitasiya kafedrasının müdiri Prof.Dr.Kadriye Çetinkaya Öneş cavablandırıb. Osteoartrit yaşlılarda olduğu kimi gənclərdə də müşahidə olunur Prof.Dr.Öneş çıxışına 65 yaşdan yuxarı xəstələrin yarıdan çoxunun rentgenoqrafiyasında osteoartritin göründüyünü izah edərək başlayır. Xəstəliyin yaşla ortaya çıxdığını vurğulamaqla yanaşı, gənclərin də problemi olduğunu xatırladıb. Mütəxəssis sümük, bağ, vətər və əzələ kimi strukturları ciddi şəkildə təsir edən osteoartritin, oynağın qığırdaq quruluşunun aşınmasının səbəb olduğu əsas şikayətləri belə izah edir: “Osteoartritli xəstələrin ilkin mərhələdə ən mühüm şikayətləri ağrı və səhər sərtliyidir ki, bu da aktivliklə artır, istirahətlə azalır... Ancaq gələcəkdə ağrı istirahətlə azalmaya bilər və qalıcı ola bilər. Xəstə gündəlik işlərlə məşğul ola bilməz. Yenə də sonrakı mərhələlərdə oynaqların qabalaşması, deformasiyası və hərəkət məhdudiyyətləri qaçılmazdır. Oynağın ətrafındakı əzələlərdə zəiflik olur”, - deyib. Müalicə olunmazsa, oynaqlarda aşınmaya səbəb olur Xəstələrin gündəlik həyatını ciddi şəkildə təsir edən osteoartrit mütləq müalicə olunmalıdır. Çünki laqeyd yanaşdıqda ciddi problemlər yarada bilər. Prof. Dr. Öneş bu barədə xəbərdarlıq edir: “Xəstəlik müalicə olunmazsa, bu, oynaqda ciddi aşınmaya, ağrıya, deformasiyaya və oynaqda hərəkətin məhdudlaşdırılmasına səbəb olaraq xəstənin müstəq hərəkətinə təsir göstərə bilər”. Piylənmə osteoartritdə mühüm risk faktorudur Osteoartrit qadınlarda daha çox rast gəlinir. Ən əhəmiyyətli risk faktorlarından biri piylənmədir... Əslində osteoartritin piylənmə ilə yaxından əlaqəli olduğunu vurğulayan Prof. Dr. Öneş sözlərini belə davam etdirir: “Həddindən artıq çəki oynaqlarda stress yaradır və oynaqların aşınmasını artırır, yağ toxumasından ifraz olunan bəzi maddələr də osteoartrit yaradır. Çəkisi çox olan insanlarda osteoartrit daha çox əl oynağında, eləcə də diz oynağında olur”, - deyib. Duzlaşma həmçinin şəkərli diabet kimi bəzi metabolik və endokrin xəstəlikləri olan insanlarda, oynaqları gərginləşdirən işlərdə çalışanlarda, oynaq travması keçirənlərdə, oynaqlarla bağlı əməliyyat keçirənlərdə və bu xəstəliyə tutulanlarda daha çox rast gəlinir. Beləliklə, osteoartrit kimi tanınan artrit bədənin hansı hissələrinə xüsusilə təsir edir? Cavabı Prof. Dr. Öneşdən öyrənirik: "Osteoartrit ən çox diz və omba oynaqlarına təsir edir. Biz bəzən də onurğa oynaqlarında və barmaq oynaqlarında buna rast gəlirik", - deyə o qeyd edib. Bərpa prosesində fizioterapiya mühüm yer tutur Gəlin osteoartritin müalicəsindən, yəni kirəcləşmədən danışaq... Öneş müalicənin ilk addımının çəki nəzarəti olduğunu söyləyiy: "Osteoartrit diaqnozu qoyulmuş xəstələrin artıq çəkidən xilas olmsı vacibdir. Piylənmə olan xəstələrdə osteoartrit şikayətləri nəzarət altına alınsa belə, çəki azalmadıqda oynaq ağrıları çox qısa müddətdən sonra təkrarlanır", - deyə xəbərdar edib. Prof. Dr. Öneş müalicə prosesi ilə bağlı sözlərini belə davam etdirir: "Bundan əlavə, xəstənin oynaqdan düzgün istifadə edilməsi və ağır işlərdən çəkinməsi kimi maarifləndirilməsi şikayətlərin azalmasına əhəmiyyətli kömək edir. Osteoartritin ən aktiv olduğu dövrdə oynağın qısa müddətə istirahət etməsi və onu gərginləşdirməməsi vacibdir. Xəstələrə bəzi dərman müalicəsi verilsə də, xəstəliyin mərhələsindən və şiddətindən asılı olaraq tətbiq etdiyimiz məşqlər də var. Bunlar həm müalicədə, həm də xəstəliyin irəliləməsinin qarşısının alınmasında əvəzolunmazdır. Xəstəyə və xəstəliyin vəziyyətinə xüsusi olaraq verilən məşq üsulları ilə oynaqların ətrafındakı əzələlər gücləndirilir və qorunur. Bu, oynağın dayanıqlığını artırır və yükü azaldır". Öneş həmçinin osteoartritdə fiziki müalicə agentləri ilə aparılan müalicələrin xəstəliyin dövründən asılı olaraq oynağın qidalanması, iltihabın azaldılması, əzələ spazmının aradan qaldırılması kimi bir çox fayda təmin etdiyini bildirir. Bu xəstəliyin müalicəsinin çoxşaxəli olduğunu bir daha qeyd edək: “Fizioterapiya və reabilitasiya üsulları olmadan yalnız dərmanlara bel bağlamaq düzgün deyil”, - deyə o bildirib Son olaraq Prof.Dr.Öneşin bu xəstəlikdən əziyyət çəkən insanlara tövsiyəsi belədir: “Xəstə çəki nəzarətinə diqqət yetirməli, oynaqlarını gərginləşdirən tez-tez təkrarlanan hərəkətlərdən çəkinməli, məşqləri həyatının bir hissəsinə çevirməlidir”. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
bizimyol.info

1Mənbələr