AZ

Ziraat Bank Azərbaycan Fintex Sammit 2024 tədbirində mükafatla təltif edildi

15-16 May tarixlərində Ziraat Bank Azərbaycanın da tərəfdaş və iştirakçı olduğu, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və Visa şirkətinin qlobal tərəfdaşlığı ilə “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda tədbir baş tutub.

İki gün ərzində davam edən bu tədbirdə bir çox yerli və beynəlxalq maliyyə qurumlarının rəhbərləri və müxtəlif səlahiyyətli nümayəndələri bir araya gələrək maliyyə və bank sektorunda baş verən ən son innovativ həlləri, təkmilləşdirilmiş  maliyyə istiqamətləri, maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosistemlərində yeni və gələcək tendensiyalar sahəsində fikir və təcrübə mübadiləsi aparıblar.

Bank hər il təşkil olunan nüfuzlu beynəlxalq tədbirdə iştirakı və tərəfdaşlığına görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilib.

"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus,160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
10
banco.az

9Mənbələr