AZ

"Toshiba" 4 min işçisini ixtisar edəcək

"Toshiba" 4 min işçisini ixtisar edəcək

Yaponiyanın elektronika istehsalçısı "Toshiba"nın ölkədəki işçilərin sayının 6 faizini təşkil edən 4 min işçisini ixtisar edəcəyi bildirilir.



"Toshiba"nın açıqlamasına görə, son maliyyə itkiləri səbəbindən şirkət yenidən strukturlaşacaq və personalın sayını azaldacaq.

Müvafiq olaraq şirkət noyabr ayına qədər ölkədə 4 min işçini ixtisar edəcək. İxtisara düşənlər ölkədəki ümumi kadrların 6 faizini təşkil edir.

"Toshiba"nın Baş İcraçı Direktoru (CEO) Şimada Taro işdən çıxarılmaları ağrılı bir qərar kimi qiymətləndirərək, bunun "Toshiba"nın daha 100 il yaşaya bilməsi üçün lazım olduğunu deyib.

Güclü bir məsuliyyət hiss etdiyini qeyd edən Şimada, şirkətin islahatlarla insanların ehtiyac duyduğu bir işə çevrilməsi lazım olduğunu söyləyib.

Şirkəti yenidən böyümə yoluna çıxarmağı hədəflədiklərini ifadə edən Şimada, "Toshiba"nın ən yaxşı versiyasını tətbiq etməyə tam hazır olduqlarını söyləyib.

Öz kapital resurslarını infrastruktur, enerji və rəqəmsallaşma kimi böyümə sahələrinə yönəldəcək "Toshiba" törəmə şirkətləri inteqrasiya edərək lazımsız əməliyyatları azaltmağı planlaşdırır.

Qeyd edək ki, yapon elektronika istehsalçısı 2023-cü maliyyə ilində 2023-cü ilin aprel-2024-cü ilin mart aylarını əhatə edən 74,8 milyard yen, təxminən 481 milyon dollar xalis zərər qeyd etdiyini açıqlayıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
3
afn.az

9Mənbələr