AZ

Ötən il Türkiyədə sağlamlıq turizmi sektoruna 62 milyard dollar yatırım edilib

Ötən il Türkiyədə sağlamlıq turizmi sektoruna 62 milyard dollar yatırım edilib

"Dünyada sağlamlıq turizmindən il ərzində 10 trilyon dollar gəlir əldə edilir. Türkiyə də bu rəqəmdə önəmli bir paya malikdir".


AFN.az xəbər verir ki, bunu Samsunda keçirilən 2-ci İkiztəpə Sağlıq Zirvəsində 19 Mayıs Universitetinin rektoru Yavuz Ünal deyib. Onun sözlərinə görə, hazırda Türkiyə 70-dən çox ölkə ilə vizasız gediş-gəliş rejimi tətbiq edir. "Təkcə 2023-cü il ərzində 404 şirkət sağlamlıq turizmi məqsədilə ölkəyə yatırım edib. Bu yatırımın ümumi məbləği 62 milyard dollardır. Türkiyə Ticarət və Səhiyyə nazirlikləri bu nəticənin əldə edilməsində özəl sektora mümkün köməkliyi edir" - deyə rektor bildirib.
Qeyd edək ki, Türkiyənin sağlamlıq turizmi sektoru 2024-cü ildə qarşıya 2 milyon turist-20 milyon dollar gəlir əldə etmək məqsədi qoyub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
afn.az

1Mənbələr