AZ

Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür » Medical Media


2005-ci ildən hər il mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir.


Medicalmedia.az xəbər verir ki, bir çox ölkədə 60 yaşından yuxarı olan əhalinin 50 faizdən çoxu yüksək arterial təzyiqə malikdir. Hipertoniyadan əziyyət çəkənlərin üçdə biri müalicə alır və onlardan təxminən 12 faizi tibbi nəzarət altındadır, xəstələrin təxminən 45 faizi arterial təzyiqinin yüksək olduğundan xəbərsizdir. 

Arterial hipertoniya - arterial təzyiqin 140/90 mm civə sütunundan yuxarı qalxması halıdır. Birinci dərəcəli arterial hipertoniya ayrıca bir xəstəlik sayılır və onun əsas və aparıcı əlaməti arterial təzyiqin yüksəlməsidir. İkinci dərəcəli arterial hipertoniya simptomatik olur və bu zaman təzyiqin yüksəlməsi başqa xəstəliklər nəticəsində əmələ gəlir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
1
medicalmedia.az

2Mənbələr