AZ

Alimlərdən inanılmaz kəşf: Donmuş insanları həyata qaytarmaq mümkün olacaq

Alimlərdən inanılmaz kəşf: Donmuş insanları həyata qaytarmaq mümkün olacaq

Alimlər beynimizi əbədi olaraq qorumağa bir addım daha yaxındırlar. Kriogen dondurulmuş beyin toxuması heç bir zərər görmədən laboratoriya şəraitində uğurla əridilib. Üstəlik, dondurulduqdan sonra onun neyronları hələ də normal şəkildə siqnal göndərə bilirdi.


Bu, elm üçün böyük bir problem idi, çünki ultra həssas, süngər kimi beyin toxuması dondurulduqda tez-tez zədələnir və əridikdə istifadə olunmaz hala gəlir.

Dondurulmuş beyin toxumasını zədələmədən əritmək təkcə yeni dərmanlar üzərində işləmək istəyən nevroloqlar üçün bir irəliləyiş deyil, həm də gələcəkdə "insanları həyata qaytarmaq" ideyasını irəli sürür. İdeya ondan ibarətdir ki, insanlar gələcəkdə elmin onları sağlam şəkildə həyata qaytarmaq üçün kifayət qədər irəliləyəcəyi ümidi ilə bədənlərini dondurub qeyri-müəyyən müddətə saxlaya bilərlər.

Çinin Fudan Universitetində işləyən Harvard təhsilli nevroloq professor Çiçenq Şao neyronları donma zamanı zədələnmədən qoruyan "MEDY" adlı mürəkkəb kimyəvi qarışıq hazırlayıb.

Doktor Şao "Cell Reports Methods" jurnalında dərc olunan araşdırmasında "MEDY insan beyin toxumasının kriokonservasiyası üçün istifadə edilə bilər" - deyə yazıb. Beyin hüceyrələrimizin 80 faizi sudan ibarət olduğu üçün bəzən donduğumuz zaman buz kristalları əmələ gəlir.

Bunlar bütün hüceyrələrimizi, xüsusən də həssas beyin hüceyrələrimizi poza və zədələyə bilər; Bu hüceyrələr əridildikdə funksional olaraq istifadə edilə bilməz hala gəlir.

Professor Şao və komandası, beyin toxumasını kristallaşmadan soyuq saxlayan və qocalmasının qarşısını alan fərqli bir maddənin axtarışına çıxıb. Araşdırmalar nəticəsində tapdıqları qarışıq sayəsində beyin toxuması zədələnmədən qorunmaqla yanaşı, normal funksiyasını bərpa edərək həyata qaytarılıb.

Alimlər beyin toxumasını zədələmədən dondurmağı bacarsalar da, bütün beyni dondurmağın çətin olduğunu və özü ilə müxtəlif problemlər gətirdiyini deyirlər. Təcrübələr uğurlu olarsa, onlar donmuş insanları həyata qaytarmaq üçün gələcək səyləri dəstəkləyə bilər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
8
afn.az

10Mənbələr