AZ

"Heç bir revanşist qüvvə mövcud reallığı dəyişə bilməz" - Millət vəkili

“Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin müəyyənləşdirilməsi prosesi sürətlənib. Artıq, müəyyən hissə ilə bağlı razılıq əldə olunub. Yaxın vaxtlarda razılaşdırılmış əraziyə hər iki ölkənin sərhəd xidmətinin əməkdaşları cəlb olunacaq. Bu, sərhədin tam müəyyənləşdirilməsinə aparan yolda ilk uğurdur”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.

Millət vəkili bildirib ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki dövlət arasında sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının doqquzuncu görüşündə imzalanan protokol prosesin irəli aparılmasına təkan verəcək: “Bu gün Azərbaycan və Ermənistan rəsmiləri üçüncü tərəfin vasitəçiliyi olmadan sərhəddə görüşür və müəyyən məsələlərdə razılıq əldə edirlər. Bu Azərbaycanın hər zaman təşəbbüs göstərdiyi variantdır, vasitəçi olmadan görüşmək, məsələləri müzakirə etmək. Düzdür, bir sıra qüvvələr danışıqlar prosesində özünü qarantor tərəf kimi sırımağa çalışırdı. Burada əsas məqsəd, bitərəf vasitəçi olmaq yox, Ermənistanın arxasındakı güc kimi görsənmək cəhdi idi. Azərbaycan isə buna yol vermədi. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində bu gün kənar qüvvələrin təsirləri olmadan iki ölkə sərhəd məsələsini özü müzakirə edir və həll edir. Bu o deməkdir ki, artıq Ermənistan da Azərbaycanın bu prosesdə qaransiyasını qəbul edir”.

A.Məmmədovun sözlərinə görə əgər Ermənistanın daxilində siyasi çaxnaşmalar baş verməsə, hazırkı proses sərhədin müəyyən olunması, sülh və dövlətlərarası münasibətlərin yaranması haqqında saziş imzalanacaq, iki ölkə arasında, o cümlədən, Ermənistanla Türkiyə arasında kommunikasiyalar açılacaq: “Bu prosesdə əslində Ermənistan daha çox maraqlı olmalıdır. İstər sülh müqaviləsində, istərsə nəqliyyat xətlərinin açılmasında. Hətta, Ermənistanda hansısa revanşist qüvvələrin hakimiyyəti ələ keçirməsi, mövcud reallıqları dəyişə bilməz. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edib. Ordumuz isə həmişəkindən daha da güçlüdür”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
turkustan.az

1Mənbələr