AZ

3 nəfər miqrantların rus dilini bilməsini sübut edən sənədləri saxtalaşdırıb

Kalininqradda üç nəfər qanunsuz miqrasiya kanalı təşkil etməkdə şübhəli bilinir.
32gun.az bildirir ki, bu barədə Sledkom rəsmi Telegram kanalında məlumat verib .

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəlilər əcnəbilərə tarix, Rusiya qanunvericiliyinin əsasları və rus dilini bilmələrini təsdiq edən sənədlər veriblər . Halbuki, əslində vətəndaşların belə biliyi yox idi. Daha sonra sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.

“Bu cinayət əməlləri ən azı 100 əcnəbi vətəndaşa bölgədə qalmaq hüququ üçün icazələrin verilməsinə səbəb olub”, - deyə qeyd edilib.

Nəticədə 3 nəfər saxlanılıb və barələrində cinayət işi başlanıb. Şübhəlilərin yerli şirkətin baş direktoru, ali təhsil müəssisəsinin Dil Sınaq Mərkəzinin əməkdaşı, həmçinin Özbəkistan Respublikası vətəndaşı olduğu üzə çıxıb. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarışlar aparılıb və tədbirlər çərçivəsində təqsirləndirilən şəxslərdən sənədlər götürülüb.

Artıq vətəndaşlara qarşı ittiham irəli sürülüb. Yaxın vaxtlarda onlar üçün qabaqlayıcı tədbir seçiləcək.
Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
50
32gun.az

10Mənbələr