AZ

Qara dənizdə Ukraynaya məxsus 3 pilotsuz kater zərərsizləşdirilib

Rusiya Hərbi Dəniz Qüvvələrinin aviasiyası Qara dənizdə Ukrayna hərbçilərinin üç pilotsuz katerini zərərsozləşdirib.

32gun.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi Telegram kanalında məlumat verilib .

Bəyanatda qeyd olunur ki, Moskva vaxtı ilə saat 19:30 radələrində Ukrayna Silahlı Qüvvələrinin (AFU) texnikası Qara dənizin qərb hissəsində aşkarlanıb. Departamentdən bildirilib ki, gəmilər Krım yarımadasına gedirmiş.

“Üç pilotsuz kater Rusiya Hərbi Dəniz Qüvvələrinin hərbi-dəniz aviasiyasının standart silahlarından məhv edilib”, - deyə məlumatda qeyd edilib.

Mayın 16-da günortadan sonra Rusiya Müdafiə Nazirliyi Qara dənizin qərb hissəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus bir pilotsuz katerin ləğv edildiyini açıqlayıb .
Bildirilir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçan aparat da Krım yarımadasına doğru irəliləyirmiş.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
2
32gun.az

10Mənbələr