AZ

Şəhid ailələrinə verilən dəstəyin həyat təsiri- QHT sədrindən MÜSAHİBƏ

Hər bir şəhid ailəsi, möhkəmlənmiş dəstək və qayğıdan faydalanmaqda vacib bir rola malikdir. Bu müsahibədə, şəhid ailələrinə təqdim edilən dəstəyin həyatlarında yaratdığı təsiri və bunun cəmiyyətə nə təsir göstərdiyini müzakirə edəcəyik.

Bunun üçün QHT.az "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimovadan müsahibə götürüb.

 

QHT.az: Şəhid ailələrinə göstərdiyiniz dəstəyin onların həyatına təsirini necə müşahidə edirsiniz?

Tünzalə Abduləlimova: Şəhid ailələrinə göstərdiyimiz dəstəkdən onların özləri danışa yaxşı olardı. Cünki mən bu barədə biraz cətinlik cəkirəm,cünki bu özümü tərifləmək kimi cıxacaq ona görə bir gün o sualları onlara verəsiz onlar cavablandırallar. Qısada olsa belə deyə bilərəm bu gün biz bir yerdə dərləşib,bir yerdə deyib gülürksə,bir yerdə ağlayırıqsa  demək bu dəstəyin təsiri  böyükdü.

 

QHT.az: Şəhid ailələrinə ictimai dəstək və siyasətin inkişafı ilə bağlı hansı təklifləriniz var?

Tünzalə Abduləlimova: Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.Vətən Naminə"Şəhid Ailələrinə Dəstək İB ailəsidə  bu baxımdan müxtəlif təşəbbüs və layihələrlə çıxış edir.

Şəhid ailələrinin nümayəndələri və qazilər də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, dövlətimizin başçısı tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir.

 

QHT.az: Şəhid ailələrinə dəstək vermək üçün qeyri-hökumət təşkilatları ilə ictimai qurumlar arasında hansı əməkdaşlıq əlaqələri qurursunuz?

Tünzalə Abduləlimova: Bu gün bizim İctimai Birliyimiz 3 ildi ki,təstiq olunub və fəliyyətdədi. Təstiq olunan gündən Qeyri - Hökümət Təkilatlarina Dövlət  Dəstəyi Aqentliyi bizə cox böyük köməkliy ediblər. Bu arada öz adımdan aqenliyin başda Ayğün xanım olmaqla bütün əməkdaşlarına təşəkür edirə mənə  göstədikləri dəstəyə görə.Bu 3 ildə Şəhid ailələriynə aid bütün lahiyələrimiz qalib gəlib və beləcə biz Şəhid ,qazi ailələrinə həm hüquqi,pisixoloşi,şəhid övladlarına dəstək olub onları sevindirərək və sonuncu "Şəhid övladları və vetiran övıadları arasında yarışma "adlı lahiyəmiz qalib olub və beləcə QHT Aqentliyinin bizlərə böyük dəstəyi göz qabağındadı.

 

QHT.az: Təşəkkür edirəm ki, bu əhəmiyyətli mövzuda müsahibəyə dəvət etdiniz. Qeyri-hökumət təşkilatları, ictimai qurumlar və sosial dəstək layihələri vasitəsilə şəhid ailələrinə göstərilən dəstəyin onların həyatında necə təsir etdiyini daha yaxından anlamaq üçün bu müsahibəni aparmaqdan məmnunluq duyuruq. Sağolun!

 

Pərvanə Fərhadqızı

QHT.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
qht.az

2Mənbələr