AZ

Müasir ailə quruluşunun ənənəvi modelə qarşı üstünlükləri və çatışmazlıqları- QHT sədrindən AÇIQLAMA

Müasir ailə quruluşu, gələcəkdə sosial və mədəni dəyişikliklərə cavab verən, ənənəvi ailə modelindən ayrılan bir quruluş formudur. Bu modeldə, gəlirlərin bölüşdürülməsi, cins cəhətdən bərabərlik, fərdi inkişafın təminatı və texnologiyadan istifadə üstünlük kimi qəbul edilir. Müasir ailə quruluşu, cəmiyyətin dəyişən dinamiklərinə uyğun şəkildə inkişaf edən və həyat şəraitinə uyğunlaşan bir quruluş modelidir.

Bəs müasir ailə quruluşunun ənənəvi ailə quruluşu ilə müqayisədə üstünlükləri və çatışmazlıqları hansılardır?

QHT.az bu suala aydınlıq gətirmək üçün "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəylidən açıqlama alıb. QHT sədri bildirib ki, ailə bütün dövrlərin və bütün cəmiyyətlərin aktual problemlərindən hesab edilir, bu baxımdan, ailə anlayışına olan maraq daimi və kütləvi xarakter daşıyır: “Ailə- daxili münasibətləri təhlil etmək üçün ilk növbədə bu münasibətlərin psixoloji mahiyyətini, ona təsir edən amilləri araşdırmaq lazımdı. Ailə cəmiyyətdə formalaşır və onun başlıca özəyini təşkil edir. Ailənin ümumi sosioloji inkişaf qanuna- uyğunluqları da məhz cəmiyyətlə bağlıdır. Ailə ictimai tarixi hadisədir. Ailə münasibətləri cəmiyyətdə bərqərar olmuş ictimai münasibətlərlə şərtlənir. Ailə – cəmiyyətin təməl bir vahididir”.

QHT sədri bildirib ki, ailə, ailədaxili münasibətlər problemi bütün dövrlərdə müxtəlif ölkələrdə, müxtəlif ixtisas sahiblərinin daim diqqət mərkəzində olan problemlərdəndir: “Bu, təsadüfi deyildir. Çünki ailə cəmiyyətin əsası kimi çox vacib olan bir sıra sosial funksiyaları həyata keçirir. Həmin funksiyaların yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi cəmiyyətin özünün mövcudluğu üçün böyük təhlükələr yaradır. Bu funksiyaların yerinə yetirilməsi nəinki iqtisadi, sosial-demo qrafik, etik, hüquqi, pedaqoji, həm də psixoloji əsaslara istinad edir. Ailə- daxili münasibətlərin öyrənilməsi zamanı nəzərə almaq lazımdır ki, burda bütün cəmiyyətlər üçün həm ümumi, həm də xüsusi olan vacib məqamlar vardır.

Ailədə qarşılıqlı münasibətlərə xələl gətirən amillərə iqtisadi amil – işsizlik, həyat səviyyəsinin yoxsulluq həddindən aşağı olması, asosial amil – ailənin və ya onun bir üzvünün qeyri-sağlam həyat sürməsi, psixoloji amil – ailədə zorakılıq, aqresivlik, hədsiz qısqanclıq, tibbi amil – xroniki zöhrəvi və infeksiyalı xəstəlik, psixi və seksual pozuntu, pedaqoji amil – mənəvi dəyərlərdə dünya görüşü, uşaqların tərbiyəsinə münasibət daxildir”.

 

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
qht.az

1Mənbələr