AZ

Səlahəddin Dəmirtaşa 28 il 6 ay həbs cəzası verildi - MƏHKƏMƏ QƏRARI

Xalqların Demokratik Partiyasının (HDP) sabiq həmsədri Səlahəddin Dəmirtaş 28 il 6 ay həbs cəzasına məhkum edilib. Türkiyə mediasının yazdığına görə, Ankara 22-ci Ağır Cəza Məhkəməsində baxılan Kobani işində məhkəmə müttəhimlər haqqında çıxardıqları hökmləri açıqlayıb.
Belə ki, HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş dövlətin birliyini və bütövlüyünü pozmağa cəhdə görə 20 il, cinayətə təhrik etdiyinə görə isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ümumilikdə 28 il 6 ay həbs cəzasına məhkum edilən Dəmirtaşın həbsinin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, HDP-nin 2014-cü il oktyabrın 6-da "İŞİD"in Kobaniyə (Eyn əl-Ərəb) qarşı həyata keçirdiyi hücumların bəhanə edərək 35 rayonda icazəsiz mitinqlər keçirilmişdi. Hadisələr zamanı 33 nəfər ölmüş, 2 polis şəhid olmuş, 221 mülki vətəndaş və 139 polis isə yaralanmışdı.

Mətləb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
9
sesqazeti.az

10Mənbələr