AZ

Slovakiya Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

Slovakiya Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"Report" xəbər verir ki, XİN Azərbaycan Prezidentinin Slovakiya Baş naziri Robert Fitsoya silahlı hücumu pislədiyi paylaşıma cavab verərək bu dəstəyi yüksək qiymətləndirib.

"Cənab Prezident, şəfqət dolu sözlərinizə və dəstəyinizə görə təşəkkür edirik",-paylaşımda bildirilib.

Xatırladaq ki, ötən gün Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. Prezident İlham Əliyev həmin gün bu sui-qəsd cəhdini öz “X” səhifəsində pisləyib.

“Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram”, dövlət başçısı qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
korrespondent.az

10Mənbələr