AZ

Yens Stoltenberq Robert Fikoya edilən hücuma reaksiya verdi

NATO-nun baş katibi Yens Stoltenberq uzun illər həmkarı olduğu Slovakiyanın Baş naziri Robert Fikonun silahlı hücum nəticəsində yaralanmasına görə kədərləndiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə etdiyi çıxışda deyib:"Mən onunla 20 il işləmişəm. Hücumdan dəhşətə gəldik. Bu demokratiyaya qarşı hücumdur. Demokratik sistemlə idarə olunan ölkələrdə fərqli fikirlərə sahib ola bilərik, lakin zorakılıq qəbuledilməzdir''.
Qeyd edək ki, Robert Fiko dünən ölkəsində keçirilən Nazirlər Kabinetinin iclasından sonra sui-qəsdə məruz qalıb. Hücum nəticəsində yaralanan Slovakiyanın Baş naziri xəstəxanaya yerləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
sia.az

2Mənbələr