AZ

Azərbaycanlı futbolçuların oynadığı klublar Superliqaya vəsiqə uğrunda üz-üzə gəlir

Azərbaycanlı futbolçuların oynadığı klublar Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off matçına çıxacaqlar.

Sportinfo.az xəbər verir ki, I Liqada pley-off mərhələsi bu gün başlayacaq.

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" I mərhələdə "Bodrumspor"la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Yığmanın digər üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor" isə "Çorum"un müqavimətini qırmağa çalışacaq. Bu görüş saat 21:00-da başlayacaq.

Bu qarşılaşmalarda qalib gələn komandalar bir-birinə rəqib olacaqlar. Həmin matç isə mayın 20-də gerçəkləşəcək.

Bu dueldə sevinən tərəf isə mayın 30-da finalda "Sakaryaspor"la üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
5
sportinfo.az

7Mənbələr