AZ

Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi

Tovuz rayonunda 71 yaşlı kişi nəvəsinə qarşı əxlaqsız hərəkətlər etdiyinə görə həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, rayon sakini olan 1953-cü il təvəllüdlü S.Poladov (şərti) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bildirilib ki, ahıl kişi oğlunun 11 yaşlı qızına qarşı bir neçə dəfə seksual xarakterli əxlaqsız hərəkətlər edib.

S.Poladov isə nəvəsinin və gəlininin dediklərini inkar edib. O, oğlunun arvadının sərbəst yaşamaq istədiyini və ona nəvəsi vasitəsilə böhtan atdığını deyib.

Bir neçə gün əvvəl həbs edilən şəxsə aprelin 25-də hökm oxunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
3
publika.az

4Mənbələr