AZ

Start qiyməti ucuz olan obyektlər müsabiqə vasitəsilə icarəyə verilir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aylıq qiyməti ucuz olan obyektlərin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdirilir. Hazırki müsabiqəyə çıxarılan 4 obyekt Bərdə və Sabirabad rayonlarında yerləşir. Təklif olunan qeyri-yaşayış sahələrinin aylıq icarə qiyməti 22.8 manatdan başlayır. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqə yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

Sifarişçilər müsabiqədə iştirak etmək üçün 10 iyun 2024-cü il tarixinədək Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər.

İcarə üçün təklif olunan obyektlər kiçik sahibkarlar üçün olduqca əlverişlidir.

İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla https://clck.ru/3AbkD7linki vasitəsilə tanış olmaq mümkündür.

Dövlət müəssisələrinin balansında olan qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdiriləcək. Bu barədə məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) öncədən yerləşdiriləcəkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
vergiler.az

1Mənbələr