AZ

161 nömrəli orta məktəbdə şəhidin xatirə tədbiri keçirildi – FOTO/VİDEO

Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək, torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda edən şəhid polkovnik-leytenant Mehman Qənbərovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, xatirə tədbirində “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri Emin Həsənli, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin sektor müdiri Gündüz Vəliyev, Vətən Müharibəsi qazisi Vasif Allahverdiyev, məktəbin direktoru Rəna Hüseynova, şəhidin həyat yoldaşı Xuraman Qənbərova, o cümlədən, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səslənib və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sukutla yad olunub.

Məktəbin direktoru tədbirdə açılış nitqi ilə çıxış edib, şəhidin həyat yoldaşı Xuraman Qənbərova təşəkkür nitqi ilə çıxış edib və şəhidin silahdaşları onunla olan xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra məktəbin 2, 3, 6 C, 7 A, B və 8 A sinfi şagirdləri şəhidin əziz xatirəsinə həsr olunmuş şeir söyləyib, “Cənab leytenant” mahnısını səsləndirib, “Xarı bülbül” musiqisi ilə rəqs edib, “Topağın səsi” mahnısı oxuyublar. Tədbir boyunca məktəbin şagirdi tərəfindən çəkilən şəhidin portreti nümayiş olunub.

Sonda məktəbin direktoru Rəna Hüseynova tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

İsmayıl Bakuvi
Samir Məcidov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
1
yenicag.az

2Mənbələr