AZ

İcazə verildi – “Rusiya ərazisinə zərbə endiriləcək”

Ukrayna Vaşinqtondan ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirmək üçün icazə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Le Monde” ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə səfəri zamanı verdiyi bəyanatları təhlil edərək yazır.

Fransa nəşri onun jurnalistlərin Vaşinqtonun hələ də Ukraynaya Rusiya ərazisinə ABŞ silahları ilə zərbələr endirməsini qadağan edib-etməməsi ilə bağlı suallarına cavab olaraq söylədiyi sözlərinə diqqət çəkib.

“Ukraynadan kənara zərbələr endirməyə təşviq etmirik və ya fürsət yaratmırıq. Amma sonda Ukrayna öz azadlığı, suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün necə vuruşacağına və ya necə müharibə aparacağına özü qərar verməlidir”, - Blinken deyib.

“Le Monde” qeyd edir ki, Ukrayna Qərbin yardımından kritik dərəcədə asılı olduğundan bu qadağaya əməl etməyə məcbur olub. Bu, xüsusən Rusiyanın Xarkov vilayətinə yeni hücumu zamanı problemə çevrilib. Ukraynalılar həftələrlə rusların sərhədə yaxın qoşun toplamasını izləyiblər, amma buna qarşı qabaqlayıcı zərbə endirmək imkanları olmayıb.

Blinkenin bəyanatı Böyük Britaniya xarici işlər naziri Devid Kemeronun mayın 3-də Kiyevə səfəri zamanı Londonun verdiyi silahlarla Rusiya ərazisinə zərbələr endirməyə icazə verməyə hazır olduğunu bəyan etməsindən sonra gəlib. “Le Monde” Kemeron və Blinkenin açıqlamalarını Qərbin bu məsələdə mövqeyinin dəyişməsinin əlaməti hesab edir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
teleqraf.com

1Mənbələr