AZ

Ərəb Dövlətləri Liqasının 33-cü sammiti keçirilir

Bəhreynin paytaxtı Manamada Ərəb Dövlətləri Liqasının 33-cü sammiti öz işinə başlayıb.

"Cebhe.info" Bəhreynin rəsmi “BNA” informasiya agentliyinə istnadən xəbər verir ki, Bəhreyndə ilk dəfə rəhbərlik səviyyəsində keçirilən sammit Manamadakı Sahir Sarayında keçirilir.

Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu Qayt sammitdən əvvəl Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə Qəzza və Sudandakı son vəziyyəti müzakirə edib.

Əbu Qayt “X” sosial media hesabından verdiyi açıqlamada qeyd edib ki, görüşdə İsrailin Qəzza zolağında davam edən hücumlarını və bu hücumların Fələstin xalqına dağıdıcı təsirlərini müzakirə etdik.

Danışıqlarda BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (“UNRWA”) Baş komissarı Filip Lazzarini və BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Ramtan Lamamra da iştirak edib.

İsrail və HƏMAS arasında davam edən atəşkəs danışıqlarında Misirin vasitəçilik səyləri davam edir.

Misir Pezidenti Əbdülfəttah əs-Sisi Manamada keçirilən sammitdə ərəb liderlərinə deyib ki, İsrail Qəzzada məsuliyyətdən yayınmağa və atəşkəs səylərinə davam edir.

Fələstin Prezidenti Mahmud Abbas Ərəb Liqasının sammitində verdiyi açıqlamada Fələstin hökumətinin beynəlxalq və regional tərəfdaşlarından gözlədiyi maliyyə dəstəyi almadığını bildirib:

“İndi xalqımızın dayanıqlığını artırmaq və hökumətə öz vəzifələrini yerinə yetirmək imkanı vermək üçün ərəb təhlükəsizlik şəbəkəsini səfərbər etmək kritik hala gəldi”.

İşğal altındakı İordan çayının qərb sahilində məhdud idarəçiliyə malik Fələstin Administrasiyasının maliyyəsi İsrailin fələstinlilər adından topladığı vergi gəlirlərinin köçürülməsi ilə bağlı mübahisə səbəbindən ciddi şəkildə məhdudlaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
cebheinfo.az

1Mənbələr