AZ

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub

Baba
Xəbər verdiyimiz kimi, ölkəmizin bir sıra mədəniyyət və ədəbiyyat xadimləri də “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub. Təltif edilənlər arasında tanınmış şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu da var.
1news.az xəbər verir ki, Mayın 16-da Mədəniyyət Nazirliyində yubiley medalı şairə təqdim edilib. Qeyd olunub ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev respublikamıza rəhbərliyinin hər iki dövründə ədib və şairlərin yaradıcılığını yüksək qiymətləndirib, onlara diqqət və qayğı göstərib. Ulu öndərin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən bu gün Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimləri qayğı ilə əhatə olunublar. Baba Vəziroğlunun yaradıcılığı da dövlətimiz tərəfindən həmişə qiymətləndirilib, o, bir sıra yüksək dövlət təltiflərinə layiq görülüb. Baba Vəziroğlu yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Şair Ulu öndər Heydər Əliyev kimi bir dahi şəxsiyyətin adı ilə bağlı təltifə layiq görülməsindən böyük məmnunluq hissi keçirdiyini ifadə edib.

Sonra yubiley medalının nişanı və vəsiqəsi şairə təqdim edilib, xatirə şəkli çəkdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
2
1news.az

3Mənbələr