AZ

“Turan Tovuz” nümayəndələrinin Niderlanda səfəri başa çatıb

Bakı, 16 may, AZƏRTAC

“Turan Tovuz” klubunun İdarə Heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, köməkçi məşqçisi Elnur Çodarov və akademiya koordinatoru Rasim Əliyevin Niderlanda səfəri başa çatıb.

Bölgə təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, PSV və “Feyenoord”dan sonra nümayəndələr üçüncü komandanın - “Utrext”in düşərgəsində olublar. Onlara klubun akademiyasının iş prinsipi, struktur, təşkilatlanma, uşaqların fərdi və komanda şəklində inkişaf strategiyasının hazırlanması barədə geniş məlumat verilib. Daha sonra nümayəndələr akademiya komandalarının məşqlərində iştirak ediblər və “Utrext”in baş məşqçisi Yans Ronla bir araya gəliblər. Niderlandlı mütəxəssislə Ayxan Abbasov arasındakı görüşdə geniş və ətraflı fikir mübadiləsi aparılıb. Y. Ron əsas komandanın fiziki, taktiki, psixoloji hazırlığı, eləcə də həftəlik məşq proqramlarının tərtibi, oyun və rəqib analizlərinin aparılması barədə geniş məlumat verib.

Səfərin sonunda nümayəndələr “Utrext”in əsas komandası və akademiyasının ixtiyarına verilən infrastrukturla tanış olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
4
azertag.az

5Mənbələr