AZ

“Kiyev ABŞ və Aİ ölkələrini böyük müharibəyə sürükləyir”- VOLODİN

Qərb Rusiyaya zərbə endirmək üçün tədarük edilən silahlardan istifadə icazəsi istəyən Ukrayna ilə razılaşmamalıdır.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

“Bu yol bütün bəşəriyyətə təsir edə biləcək faciəyə gətirib çıxarır. Bununla Kiyev ABŞ və Aİ ölkələrini böyük müharibəyə sürükləyir”, – Volodin deyib.

Onun sözlərinə görə, Rusiyaya zərbə endirmək üçün ABŞ və Avropa silahlarından istənilən istifadə vətəndaşları qorumaq zərurətinə görə daha güclü silahlardan istifadəni tələb edəcək: “Qərb siyasətçiləri öz məsuliyyətlərini dərk etməli və vəziyyəti qlobal miqyasda fəlakətə gətirməmək üçün hər şeyi etməlidirlər”.

Azpost.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
azpost.info

1Mənbələr