AZ

26 yaşlı qadın 16 ildir yemək və su qəbul etmir

26 yaşlı qadın 16 ildir yemək və su qəbul etmir

Efiopiyalı qadın 10 yaşında olarkən yemək və sudan imtina etdiyini və bunun onun sağlamlığına heç bir təsiri olmadığını deyib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı Muluwork Ambavın sözlərinə görə, bir səhər məktəbə getməmişdən əvvəl iştahını itirib. Valideynlərinə səhər yeməyi yediyi barədə yalan danışıb, lakin o vaxtdan bəri yəni 16 ildir ki, nə yemək yeyir, nə də su içir.

Maraq doğuran məqamlardan biri də odur ki, qadın tamamilə sağlamdır. Həkimlər üç il analizlər aparıb və Ambavın fiziki cəhətdən sağlam olduğu qənaətinə gəliblər. Eyni zamanda, onun həzm sistemində nə qida, nə də su olduğunu qeyd ediblər. Ambav həmçinin iddia edir ki, onun psixi vəziyyətini yoxlamaq üçün Qətər və BƏƏ-dən olan həkimlərlə əlaqə saxlayıb və onlar heç bir anormallıq aşkar etməyiblər.

Ambavın hamiləliyi zamanı körpənin sağlamlığını qorumaq üçün ona qlükoza verilib. O, yemək bişirməyi çox sevdiyini, onun yeməyini ancaq qızı, bacısı və qonaqlarının yediyini deyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
sonxeber.az

1Mənbələr