AZ

Ermənipərəst ABŞ senatoru bütün təqsiri həyat yoldaşının üzərinə atıb

Bakı. Trend:

Ermənipərəst ABŞ senatoru Bob Menendes üzləşdiyi ittihamlarlabağlı bütün təqsiri həyat yoldaşının üzərinə atıb.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, Menendesin vəkili Avi Veytsman Manhattan FederalMəhkəməsində müvəkkilinin guya evində "gizlədilən" qızılkülçələrdən xəbərsiz olduğunu iddia edərək Nadin Arslanyanı həyatyoldaşından xəbərsiz bu sərvəti evlərində gizlətməkdə ittihamedib.

Vəkil məhkəmədə Menendes ailəsinin qarderob otağınınfotoşəkillərini nümayiş etdirərək qızıl külçələrin Nadininpaltarları ilə dolu qarderobda kilidli şkafda saxlanıldığını iddiaedib.

"Senator qızıl külçələrin orada olduğunu bilmirdi", - deyəVeytsman andlıları inandırmağa çalışıb.

Xatırladaq ki, ermənipərəst ABŞ senatoru Bob Menendesə və həyatyoldaşı Nadin Arslanyana qarşı bir sıra yeni ittihamlar irəlisürülüb. İttihamlar arasında ədalətə mane olmaq məqsədilə əlbirlik,dövlət rəsmisinin xarici agent qismində fəaliyyəti, rüşvətxorluq,zorakılıq yolu ilə pul əldə etmə və elektron rabitə vasitələrindənistifadə etməklə fırıldaqçılıq yer alıb.

Hakimiyyət orqanları iddia edir ki, Menendes cütlüyünün işadamlarına kömək və qanunvericinin xarici məsələlərdə təsirini vədedərək, onlardan nağd pul, qızıl külçələr və bahalı avtomobillərşəklində rüşvət qəbul edib.

Nyu-Cersi ştatının Klifton şəhərindən olan Xose Uribe ManhettenFederal Məhkəməsində çıxış edərək, ona qarşı irəli sürülənittihamın yeddi bəndi, o cümlədən 2018-2023-cü illərdə rüşvətverilməsi, elektron rabitə vasitələrindən istifadə etməklədələduzluq əməli törədilməsi, məhkəməyə əngəl yaradılması vəvergidən yayınma maddələri üzrə öz təqsirini etiraf edib. İttihamtərəfi iddia edir ki, biznesmen senator Menendesin həyat yoldaşına"Mercedes-Benz" avtomobili bağışlayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
2
az.trend.az

3Mənbələr