AZ

Rusiyada kişi boşanan həyat yoldaşını qeydiyyat şöbəsində öldürdü

Rusiyanın İrkutsk vilayətinin Sayansk şəhərində kişi boşanmaq üçün ərizə verərkən arvadını öldürüb.

Lent.az bildirir ki, bu gün səhər ər-arvad boşanmaq məqsədilə ərizə vermək üçün qeydiyyat şöbəsinə gəliblər. Lakin qəfil kişi bıçaq çıxarıb. Bildirilir ki, vətəndaş arvadına bir neçə zərbə vurub. Qadın təcili yardım gələnə qədər yerindəcə keçinib. Qatil təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Məlumata görə, aprel ayında evlənən 25 yaşlı Dmitri və 21 yaşlı Daria bir ay sonra ayrılmağa qərar veriblər.

Ölən qadının 11 aylıq bir qızı var və hadisə zamanı uşaq onun yanında olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
medianews.az

2Mənbələr