AZ

Riqada Azərbaycan xalçalarının sərgisi təşkil olunub

Latviyanın paytaxtı Riqa səhərində Azərbaycan xalçalarından ibarət “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı sərginin açılış mərasimi keçirilib.

“Azərxalça” ASC-dən verilən məlumata görə, Dekorativ İncəsənət və Dizayn Muzeyində təşkil olunan sərginin açılış mərasimində Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov, Latviya Mədəniyyət Nazirliyinin parlament katibi Aqnese Latse, Dekorativ İncəsənət və Dizayn Muzeyinin rəhbəri İnese Baranovska və Latviya Milli İncəsənət Muzeyinin kolleksiyalar üzrə direktor müavini İveta Derkusova çıxış ediblər.

Çıxış edənlər sərginin Latviya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanacağı və iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağına inam ifadə ediblər.

Xalçalarla yanaşı, sərgidə böyük ekran vasitəsilə xalçaçılıq sənəti, eləcə də tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub və Azərbaycan xalça toxucusu əyani şəkildə iştirakçıları toxuma prosesi ilə tanış edib.

Sərgi 15 sentyabr 2024-cü il tarixinə qədər davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
vergiler.az

1Mənbələr