AZ

XAMENEİNİN QƏZETİNDƏN AZƏRBAYCANA HƏDƏ – “İran “Azərbaycana necə pislik edə bilərəm” düşüncəsindədir”

“İranın ali dini lideri Əli Xameneinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzetinin Azərbaycanı hədələyən məqalə yayınlaması qonşu ölkənin anti-Azərbaycan siyasətindən imtina etməyəcəyinin növbəti sübutudur”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Qəzza ilə bağlı yayımlanan məqalədə Azərbaycan İsrailə neft satmaqda ittiham olunur: “Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!” başlıqlı və şantaj xarakterli məqalədə Azərbaycandan İsrailə neft nəqlini dayandırması tələb olunub. Məqalə müəllifi iddia edib ki, Azərbaycan Bakı-Tbilisi-Ceyhan boru xəttiylə İsrailə neft satışını dayandırsa, guya İsrail iqtisadiyyatı çökəcək. Ancaq məqalə müəllifinin “Bakı-Tbilisi-Ceyhan dəhlizin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər” cümləsindəki “dəhlizin pozulması” ifadəsi Bakıya çağırışdan çox İrana bağlı terrorçu və silahlı qruplara çağırışdır ki, kənar qüvvələr nəqlə mane olsunlar. İran husilər vasitəsilə Qırmızı dənizdəki dağıdıcı fəaliyyətini indi də Azərbaycan və Türkiyə üzərindən reallaşdırmaq istəyir. Alınmayacaq”.

Ekspert xatırladır ki, Bakı-Tbilisi-Ceyhan boru xəttindən neft alan yalnız İsrail deyil. “İsrailə nefti biz satmasaq, başqaları satacaq. Azərbaycan BMT-dəki səsvermədə Fələstinin müstəqilliyinə səs verib, Qəzzadakı müharibənin dayandırlmasına tərəfdardır, gələcəkdə bölgənin yenidən qurulmasında maliyyə dəstəyi də verməyə hazırdır. Tehran bunları kənara qoyaraq “Azərbaycana necə pislik edə bilərəm” düşüncəsindədir”, - E.Şahinoğlu vurğulayıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
2
azpolitika.info

3Mənbələr