AZ

Balasanyan Azərbaycanla bağlı suala: “Bir də bu haqda soruşmayın”

Hərbi cinayətkar, separatçı Vitali Balasanyan revanşistlərin “Vətən Naminə Tavuş” Hərəkatına dəstək verdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Ermənistanın “Past” qəzetinə danışıb.

“Biz bəyanat və dəstək verdik, hərəkata qoşulduq”, - separatçı müvafiq suala cavabında deyib.

“Bu cür addımlarla Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq mümkündürmü” sualına Balasnayan qeyri-müəyyən cavab verib: “Liderlərdən soruşun”.

Balasanyan qeyd edib ki, hazırda müsahibə vermir, amma artıq keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi hərəkatda iştirakını bəyan edib.

Separatçı Azərbaycanla sərhədlərinin demarkasiyası ilə bağlı sualı cavablandırmaqdan yayınıb, bu məsələyə dair əlavə sual verilməməsini istəyib.

Qısa cavabı isə belə olub: “Beynəlxalq təcrübə, hüquq və normalar var, hər bir dövlət və respublika beynəlxalq norma və qanunları rəhbər tutmalıdır. İndi bunu edirlər, ya yox, onlardan soruşun”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
teleqraf.com

1Mənbələr