AZ

“Avro-2024”: Almaniya millisinin heyəti bəlli olub

Futbol üzrə Almaniya millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.

"Unikal" Almaniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Yulian Nagelsmann yığmaya 27 oyunçu dəvət edib.

UEFA-nın yeni reqlamentinə əsasən, yekun siyahıda 26 futbolçu olmalıdır. Odur ki, qarşıdakı günlərdə bir nəfərin heyətdən çıxarılacağı istisna edilmir.

Qapıçılar: Oliver Bauman (“Hoffenhaym”), Manuel Noyer (“Bavariya”), Aleksandr Nübel ("Ştutqart"), Andre Ter Şteqen ("Barselona", İspaniya)

Müdafiəçilər: Valdamer Anton, Maksimilian Mittelştat ("Ştutqart"), Benyamin Henriks ("Leyptsiq”), Yozua Kimmix ("Bavariya"), Robin Kox ("Ayntraxt"), David Raum ("Leyptsiq"), Antonio Rüdiger ("Real Madrid”, İspaniya), Niko Şlotterbek, ("Borussiya Dortmund”), Conatan Ta ("Bayer")

Yarımmüdafiəçilər: Robert Andrix ("Bayer"), Kris Fyurix ("Ştutqart"), Paskal Qros ("Brayton", İngiltərə), İlkay Gündoğan ("Barselona"), Toni Kroos, Camal Musiala, Aleksandr Pavloviç, Leroy Sane (hamısı "Bavariya"), Florian Virts ("Bayer")

Hücumçular: Maksimilian Bayer (“Hoffenhaym”), Niklas Fülkruq ("Borussiya Dortmund”), Kay Haverts ("Arsenal", İngiltərə), Tomas Müller ("Bavariya"), Deniz Undav ("Ştutqart")

Qeyd edək ki, “Avro-2024” iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Ev sahibləri Macarıstan, Şotlandiya və İsveçrə ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
44
unikal.az

10Mənbələr