AZ

Azərbaycan neft idxal etməyə başlayıb: “İlbəil artacaq”

Azərbaycanın növbəti 5 ildə neft satışından gəlirləri azalacaq. 

 

Sfera.az xəbər verir ki, bunu Neft araşdırmaları mərkəzinin sədri, ekspert İlham Şaban bildirib. 

 

İ.Şaban qeyd edib ki, neft gəlirlərinin azalması hasilatının azalmasından qaynaqlanacaq. Onun fikrincə, hasilat azaldığından neft qiymətlərinin Azərbaycan üçün önəmi gələcəkdə daha da artacaq: “Əgər neftin orta qiyməti 70 dollardan az olmayacaqsa, onda Neft Fondunun illik gəliri orta hesabla 3,5-4 milyard dollar təşkil edəcək”.

 

Ekspert hasilatın azalmasının emal müəssisələrinin xam neftlə təchizatında çətinlik yarada biləcəyini də vurğulayıb. Onun sözlərinə görə, belə vəziyyətdə emal üçün xam neftin idxalı qarşıdakı illərdə daha da artacaq: “Azərbaycan ötən ildən emal zavodunun ehtiyacını ödəmək üçün xam neft idxal etməyə başlayıb. İdxal edilən neftin həcmi hələlik azdır. Amma istehsal göstəricilərinin azalması ilə əlaqədar xam neft idxalı ilbəil artacaq. Proqnoza əsasən, yataqlarda ehtiyatların azalmasına görə “Azneft”in hasil etdiyi neftin həcmi 2025-2030-cü illərdə təqribən 2 milyon ton azalacaq. Buna görə də xaricdən daha çox neft alınacaq”. 

 

Vasif


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
12
sfera.az

10Mənbələr