AZ

AB-dən Meta-ya "Uşaq təhlükəsizliyi" araşdırması

Avropa Birliyi (AB) Facebook və İnstaqramda yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı Birliyin qaydalarına əməl edilməməsi səbəbiylə Metaya qarşı araşdırma başlatdı.

AB Komissiyası, Meta-nın uşaqların müdafiəsi ilə bağlı sahələrdə Aİ Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozub-pozulmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başlanıldığını açıqladı.

Açıqlamada Komissiya Facebook və Instagram sistemlərinin, o cümlədən alqoritmlərinin uşaqlarda davranış asılılığını təşviq edə biləcəyini ifadə edib.

Bəyanatda bildirilir ki, Komissiya bu məsələ ilə bağlı əlavə məlumat və sübutlar toplamağa davam edəcək.

Keçən il qüvvəyə minən Aİ qanununa əsasən, Avropada fəaliyyət göstərən əsas rəqəmsal platformalar ciddi qaydalara tabedir. Texnologiya şirkətləri öz platformalarında qeyri-qanuni və zərərli məzmunla mübarizə aparmaq üçün müxtəlif tədbirlər həyata keçirməlidirlər.

Aİ qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
246
1
kommersant.az

3Mənbələr